Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial media hesabında paylaşım edib.
C. Yılmaz qeyd edib ki, Türkiyə İran xalqının son dövrdə yaşadığı ağrıları səmimi qəlbdən bölüşür:
"Ankara regionda sülh və sabitliyin möhkəmləndirilməsi, dialoq kanallarının gücləndirilməsi və müharibədən sonrakı normallaşma prosesinə dəstək göstərilməsi istiqamətində səylərini davam etdirəcək. İranla iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə fəaliyyət davam etdiriləcək".
Qeyd edək ki, Cevdet Yılmaz Tehrana İranın ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün səfər edib.