Ermənistan ordusunda hərbi salamlaşmada NATO standartları tətbiq edilə bilər

Ermənistan ordusunda hərbi salamlaşmada NATO standartlarının tətbiqi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Müzakirələrə əsasən, Ermənistanda hərbçilər NATO standartlarına uyğun olaraq baş geyimləri olmadan da hərbi salam verməlidir.

Nəşr qeyd edib ki, Ermənistan ordusu hələlik bütün NATO standartlarına uyğun gəlmir:

“Buna baxmayaraq, məsələn, əsgərlər hərbi salamı baş geyimi olmadan verməlidir. Belə qayda NATO ölkələrinin ordularında tətbiq olunur. Əvvəllər erməni hərbçiləri hərbi salam verərkən əllərini baş geyiminə yaxınlaşdırırdılar, indi isə baş geyimini çıxarıb əllərini başlarına yaxınlaşdırmaları tələb olunur”.

Ermənistan Müdafiə Nazirliyi belə bir qərarın qəbul edilmədiyini bildirsə də, nəşr məsələ barədə müzakirələrin aparıldığını yazıb.