Ermənistan Rusiyaya qapını yenidən açır: Parlamentlərarası əlaqələr genişləndirilir

Ermənistan Milli Assambleyasının spikeri Ruben Rubinyan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan-Rusiya parlament diplomatiyasının dərinləşdirilməsi və genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Rubinyan vurğulayıb ki, Ermənistan Milli Assambleyası Rusiya tərəfi ilə konstruktiv dialoqu və uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Tərəflər parlamentlərarası əməkdaşlıq üzrə Rusiya-Ermənistan komissiyasının fəaliyyətini yüksək qiymətləndirib, həmçinin əməkdaşlığın inkişafının qarşılıqlı maraq doğuran məsələlərin effektiv həllinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.