Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və İrənin Ermənistandakı səfiri Xəlil Şirqolami iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Sherg.az xəbər verir ki, görüşdə Ermənistan məhsullarının İran bazarına çıxışının genişləndirilməsi, ticarət dövriyyəsi və investisiyaların artırılması, infrastrukturun inkişafı, eləcə də biznes əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Aİİ-İran azad ticarət sazişinin yaratdığı imkanlardan daha səmərəli istifadəni də nəzərdən keçiriblər.
Görüş zamanı enerji və logistika sahələrində əməkdaşlığın perspektivləri, həmçinin dizel yanacağı və mayeləşdirilmiş qazın uzunmüddətli tədarükü imkanları müzakirə edilib.
Papoyan Ermənistanın İrana ixracının artırılması, birgə istehsal və investisiya layihələrinin həyata keçirilməsi, enerji-logistika əməkdaşlığının genişləndirilməsi və sərhəd prosedurlarının təkmilləşdirilməsini təklif edib.