Ermənistanda mobil telefonların IMEI bazası yaradılacaq

Ermənistanda yaradılması planlaşdırılan vahid IMEI (mobil telefonların identifikasiya nömrəsi) bazasında cihaz sahiblərinin şəxsi məlumatları saxlanılmayacaq.

Sherg.az xəbər verir ki, məlumata görə, bazada yalnız 15 rəqəmli IMEI kodları və cihazın "qanuni" və ya "qanunsuz" statusu əks olunacaq. Rəsmilər bildiriblər ki, bu sistem vasitəsilə vətəndaşların izlənilməsi mümkün olmayacaq.

Qanun layihəsi qəbul edilərsə, 2027-ci il yanvarın 1-dən qanunsuz idxal edilən telefonlar mobil operatorların şəbəkəsində aktivləşdirilməyəcək. Şəxsi istifadə üçün ölkəyə gətirilən telefonların qeydiyyatı isə ödənişli olacaq.