Ermənistanda Qarabağdan köçən 27 mindən çox şəxs vətəndaşlıq alıb

Bu günədək heç bir müraciətə rədd cavabı verilməyib

Ermənistanın daxili işlər nazirinin müavini Armen Mkrtçyan bildirib ki, Qarabağdan köçən şəxslərdən indiyədək 27 min 296 nəfərə Ermənistan vətəndaşlığı verilib.

Onun sözlərinə görə, ümumilikdə 39 min 650 müraciət daxil olub və bu günədək heç bir müraciətə rədd cavabı verilməyib. Müraciətlərdən 28 minə yaxını uşaqların adına təqdim edilib, onlardan təxminən 12 mini artıq təmin olunub.

Mkrtçyan qeyd edib ki, müraciətlərdən 11 min 146-sı yeni elektron sistem vasitəsilə edilib.

Ermənistan Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağdan 115 min 365 nəfər Ermənistana köç edib.