Ermənistanda səs verən hərbi çağırış yaşlı kişilərin ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanda seçkilərdə iştirak etmək üçün ölkəyə gələn və yenidən Rusiyaya qayıtmaq istəyən hərbi çağırış yaşlı kişilərin çıxışının tamamilə qadağan edilməsi barədə göstəriş verilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, müəyyən siyasi qüvvələr həmin şəxsləri xüsusi qruplarla Ermənistana gətirib. Məqsəd seçkilərdə tələb olunan şəkildə səs verib dərhal geri qayıtmaqdır.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.