Ermənistanın Baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirliyində kadr dəyişiklikləri həyata keçirib.
Sherg.az xəbər verir ki, Paşinyan iki nazir müavininin vəzifədən azad edilməsi və yeni nazir müavininin təyin olunması barədə sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Asmik Avaqyan və Daniel Danielyan nazir müavini vəzifələrindən azad ediliblər.
Nazirin yeni müavini vəzifəsinə isə Ermənistan İctimai Televiziyasının sabiq direktor müavini və baş prodüseri Tiqran Virabyan təyin olunub.
Tiqran Virabyan 2020-ci ilin dekabr ayından Ermənistan İctimai Televiziyasında fəaliyyət göstərib. O, bundan əvvəl İrəvan meriyasının vitse-meri vəzifəsində çalışıb.