Fidan: Türkiyə Avropa inteqrasiyası çərçivəsində Aİ-dən obyektiv yanaşma gözləyir

Ankara Avropa İttifaqının Türkiyə ilə münasibətlərini obyektiv meyarlar əsasında və ayrı-seçkilik yanaşmaları olmadan inkişaf etdirməsini gözləyir.

Teleqraf xəbər verie ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Aİ Xarici İşlər Xidmətinin direktoru Kaja Kallas və Aİ komissarları ilə danışıqlardan sonra bildirib.

Fidan daha sonra qeyd edib: "Bu gün ölkəmizdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Kaja Kallas, Genişlənmə üzrə Avropa Komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə Avropa Komissarı Maqnus Brunneri ilə görüşdük. Aİ üzvlüyü ölkəmiz üçün strateji məqsəd olaraq qalır. Biz Aİ ilə münasibətlərimizi bu anlayışa əsaslanaraq inkişaf etdirməyə hazırıq. Aİ-nin də Türkiyə ilə münasibətlərini obyektiv meyarlar və ləyaqət əsasında, heç bir ayrı-seçkilik olmadan inkişaf etdirməsini gözləyirik".

O ümid etdiyini bildirib ki, Avropa Komissiyasının üç mühüm üzvünün birgə səfəri Türkiyə ilə Aİ arasında münasibətləri istənilən səviyyəyə çatdırmaq üçün mühüm addım olacaq.

Təmaslar zamanı tərəflər mövcud regional və qlobal məsələləri, ilk növbədə Yaxın Şərqdə və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.