İsrail yaxın vaxtlarda Livanla birbaşa danışıqlara başlamağı planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi brifinq zamanı bəyanat verib.
Nazir bildirib ki, rəsmi Təl-Əviv hazırkı mərhələdə Livan tərəfi ilə masa arxasına oturmaq niyyətində deyil:
"Biz yaxın günlərdə Livan hökuməti ilə birbaşa danışıqlar aparmağı nəzərdə tutmuruq".
G.Saarın sözlərinə görə, İsrail tərəfi Livan rəhbərliyindən konkret və kəsərli addımlar gözləyir. O vurğulayıb ki, Beyrut "Hizbullah" qruplaşması tərəfindən İsrail ərazisinin atəşə tutulmasını dayandırmaq üçün ciddi tədbirlər görməlidir.