Gürcüstanda elektrik enerjisinin verilişində yaranan fasilənin səbəbi məlum oldu - YENİLƏNDİ

Gürcüstanda elektrik enerjisinin verilişində yaranan genişmiqyaslı fasiləyə səbəb 500 kilovoltluq "İmereti" elektrik ötürmə xəttinin sıradan çıxması olub.

Teleqraf xəbər verir ki, bunu Qafqazın ən böyük su elektrik stansiyası olan İnquri SES-in direktoru Levan Meboniya "TV Pirveli" telekanalına müsahibəsində bildirib.

"Xəttin sıradan çıxmasından sonra enerji sisteminin iş rejimi pozulub və sistem tamamilə çöküb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır", – o deyib.

Qeyd edək ki, iyulun 25-də yerli vaxtla saat 08:00 radələrində Gürcüstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. Nasazlıq paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir sıra regionlarını da əhatə edib.