ABŞ və İsrailin hücumları zamanı həyatını itirən İranın keçmiş ali dini lideri Əli Xamenei üçün Tehranda dövlət dəfn mərasimi keçirilir.
Sherg.az xəbər verir ki, İyulun 3-dən 9-dək davam edəcək mərasimlər İranın Tehran, Qum və Məşhəd şəhərləri ilə yanaşı, İraqın Nəcəf və Kərbəla şəhərlərini də əhatə edəcək. İran rəsmiləri yürüş və mərasimlərdə milyonlarla insanın iştirakının gözlənildiyini bildiriblər.
Məlumata görə, Əli Xamenei iyulun 9-da doğulduğu Məşhəd şəhərində dəfn olunacaq.
Mərasim öncəsi Xameneinin rəsmi sosial media hesabında tabutunun üzərinə “Ya Hüseyn” yazılı bayrağın sərildiyini əks etdirən foto da paylaşılıb.