İran Hörmüz boğazına tam nəzarət etdiyini bildirdi

İran rəsmiləri Hörmüz boğazında gəmi hərəkətinin tam şəkildə ölkənin nəzarəti altında olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən məlumat verilib.

Bildirilib ki, boğazda bütün hərəkət İran Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.