İran Prezidenti Vaşinqtona cavab verdi: "Mümkün deyil"

İran Prezidenti ABŞ qarşısında təslim olmağın mümkünsüzlüyünü vurğulayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət başçısı Məsud Pezeşkian "Telegram" kanalında açıqlama verib.

"Bizim problemimiz ondadır ki, ABŞ bir tərəfdən ölkəmizə qarşı maksimum təzyiq siyasəti yürüdür, digər tərəfdən isə İran İslam Respublikasının danışıqlar masasına oturub sonda Ağ Evin birtərəfli tələblərinə təslim olmasını gözləyir. Halbuki belə bir tənlik mümkün deyil", - deyə açıqlamada qeyd olunub.