İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, İran Fransa və Omanın Hörmüz boğazının minalardan təmizlənməsində iştirakına icazə verməyəcək.
Teleqraf xəbər verir ki, boğazın minalardan təmizlənməsi İranın müstəsna məsuliyyətidir və başqa heç bir ölkənin bu prosesə qoşulmasına icazə verilməyəcək.
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Paris və Maskatın Hörmüz boğazının minalardan təmizlənməsində tərəfdaşları ilə birgə iştirak etmək və gərginliyin azaldılması istiqamətində işləmək barədə razılığa gəldiyini açıqlamışdı.
Cavab olaraq, İran diplomatı Tehranın prinsip etibarilə bu cür hərəkətlərə icazə vermədiyini vurğulayıb.