İran hökuməti hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini ləğv edib.
APA xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
"Təhlükəsiz mühit yaradıldıqdan və müvafiq orqanlarla lazımi koordinasiyanı tamamladıqdan sonra uçuş məhdudiyyətləri ləğv edilib və ölkənin aviasiya əməliyyatları tədricən planlaşdırıldığı kimi normal fəaliyyətə qayıdır", - məlumatda deyilir.
***
17:36
İranda bütün uçuşlar ləğv edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Hava Limanları və Hava Naviqasiyası Şirkəti Mülki Aviasiya Təşkilatı tərəfindən ölkənin qərbində hava məkanının bağlanması ilə bağlı rəsmi uçuş bildirişinin (NOTAM) verildiyini açıqlayıb.
Qurum bildirib ki, bununla əlaqədar ölkə üzrə bütün hava limanlarında həyata keçirilən uçuşlar müvafiq bildirişədək ləğv olunub və həyata keçirilməyəcək.