İrandan ABŞ-la nəticəsiz danışıqlar barədə açıqlama

İran və ABŞ bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər, lakin iki və ya üç əsas məsələdə fikir ayrılıqları yaranıb.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai İslamabadda ABŞ və İran danışıqlarının başa çatması ilə bağlı deyib.

"Nəticə etibarilə, tərəflər razılığa gəlmədi. İran xalqının maraqlarını qorumaq üçün əlimizdə olan vasitələrdən istifadə etməyə davam etməliyik. Tək bir görüşdə razılığa gələcəyimiz gözlənilmirdi.

Bu dəfə danışıqlara Hörmüz boğazı və region kimi bəzi yeni məsələlər əlavə edilib. İran, Pakistan və bölgədəki digər dostlarımız arasında təmaslar və məsləhətləşmələr davam edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, İslamabadda aparılan danışıqlarda tərəflər razılıq əldə etməyib.