“İranın elə bir “nüvə silah”ı var ki, istifadə etsə, bölgə iflic olacaq”

“Hörmüz boğazı İran üçün nüvə silahından heç də zəif olmayan çevrilib. Tehranın ehtiyatında Bab əl-Məndəb boğazını bağlamaq kimi bir “termonüvə silahı” da var”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“İran həqiqi nüvə silahı əvəzinə ondan heç də zəif olmayan başqa bir silah kəşf edib, bu, Hörmüz boğazıdır. İran burada hərəkəti məhdudlaşdırmaqla öz gücünü nümayiş etdirdi, indi əsas müzakirələr və razılaşmalar bu boğazın gələcəkdə necə fəaliyyət göstərəcəyi ətrafında gedir.

Düşünürəm ki, İranın ehtiyatında təkcə bu “nüvə silahı” yox, həm də “termonüvə silahı” var, bu isə Bab əl-Məndəb boğazıdır. Hərbi münaqişə yaranacağı təqdirdə bu boğazdan istifadə edilə və elə bir vəziyyət yaradıla bilər ki, ümumiyyətlə, neft və digər yükdaşımalar tamamilə iflic olsun. Ümid edirəm, buna ehtiyac qalmayacaq. Amma bu regionda münaqişə istəyən bütün ölkələr bunu nəzərə almalıdır”, - o bildirib.