İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik

İran İraq, Bəhreyn və Küveyti quru əməliyyatı başlatmaqla hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin üzvü və keçmiş xarici işlər naziri Mənuçöhr Müttəki açıqlama verib.

"ABŞ-nin quru qoşunlarının hücumundan dərhal sonra İran İraq, Bəhreyn və Küveytdəki Amerika hərbi bazalarına qarşı quru əməliyyatına başlayacaq", - deyə o qeyd edib .