
İsrailin ABŞ ilə razılaşdırmadan İrana qarşı əməliyyat keçirməsi real deyil -ŞƏRH
11:50 11.06.2025
Region
433
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İrana qarşı hərbi əməliyyatların əleyhinə olduğunu bildirib. Bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp söhbət zamanı vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunması üçün real imkanlar mövcuddur və diplomatik həll yolu hələ də gündəmdədir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, İsrail ABŞ-nin regionda ən etibarlı müttəfiqlərindən biridir:

“Bu ölkə ABŞ üçün Yaxın Şərqdə strateji əhəmiyyətə malik dayaq nöqtəsi, hərbi və siyasi bazasıdır. ABŞ və İsrail Yaxın Şərqdə bir çox məsələlərdə eyni mövqedən çıxış edir və sıx əməkdaşlıq qurublar. ABŞ ilə İran arasında keçirilən görüşləri İsrail rəsmiləri və hökuməti yaxından izləyir. Bu görüşlər zamanı İsrail tərəfi bəyan edib ki, dialoq prosesi davam etdiyi müddətdə İrana qarşı hər hansı hərbi əməliyyatın aparılması gözlənilmir. Hesab edirəm ki, İsrailin ABŞ ilə razılaşdırmadan İrana qarşı hər hansı hərbi əməliyyat keçirməsi real deyil. Trampın İranla diplomatik münasibətlərə üstünlük verməsi isə Amerikanın bölgədə yeni bir qaynar nöqtənin yaranmasını istəmədiyini göstərir. Bu yanaşma ABŞ-nin hərbi qarşıdurmadan daha çox danışıqlara və diplomatik həll yollarına üstünlük verdiyinin nümayişidir. Bütün bunlar onu deməyə əsas verir ki, aparılan danışıqlar prosesi müəyyən nəticələrin əldə olunmasına da töhfə verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya