Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

İrəvan məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.

“Armenpress”in xəbərinə görə, bu barədə Tsarukyanın vəkili bildirib.

Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.