Netanyahu: "İran uranı zənginləşdirə və raket istehsal edə bilməyəcək"

"İran artıq uranı zənginləşdirə və raket istehsal edə bilməyəcək".

Oxu.Az "Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu iddianı İsrailin Baş naziri Benyamin Netanyahu irəli sürüb.

O, həmçinin İranın "həmişəkindən daha zəif" olduğunu bəyan edib. "Biz İranın Xəzər dənizindəki bütün donanmasını məhv etdik" , - deyə baş nazir vurğulayıb.

Netanyahu İrana qarşı kampaniyanın "nə qədər lazımdırsa, o qədər davam edəcəyi" barədə xəbərdarlıq edib.