Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, "Ermənistan Elektrik Şəbəkələri" dövlət mülkiyyətində qalacaq, lakin özəl şirkətin etibarlı idarəçiliyinə veriləcək.
Sherg.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, şirkətin dövlət mülkiyyətində saxlanılması barədə prinsipial qərar qəbul edilib və gələcəkdə o, etibarlı idarəetmə əsasında fəaliyyət göstərəcək.
Baş nazir əlavə edib ki, istehsal müəssisələrinin, o cümlədən "Araratsement" zavodunun dövlət mülkiyyətində qalması məqsədəuyğun deyil. Bu müəssisələrin şəffaf müsabiqələr yolu ilə özəlləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, dövlət həmin şirkətlərdə səhmlərin bir hissəsini və direktorlar şurasında təmsilçiliyini qoruyub saxlayacaq.
Qeyd edək ki, "Ermənistan Elektrik Şəbəkələri" 2016-cı ildən rusiyalı erməni iş adamı Samvel Karapetyana məxsus "Taşir" şirkətlər qrupunun nəzarətindədir. Ermənistan hökuməti 2025-ci ildən şirkətin dövlət nəzarətinə keçirilməsi istiqamətində addımlar atır.