Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ilə bağlı hələlik heç bir konkret məlumat yoxdur.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Xeyr, hələlik yoxdur. Yoxdur", -Uşakov jurnalistlərin Paşinyanın Moskvaya səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı aydınlıq olub-olmaması barədə sualını cavablandırarkən deyib.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, müvafiq dəvət alacağı təqdirdə Moskvaya səfər edəcək. O, seçkilərdən əvvəl də Ermənistan və Rusiya arasında növbəti yüksək səviyyəli görüşün iyunun ikinci yarısında keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.
Lakin Kreml bu məlumatı təsdiqləməmişdi.