Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması təklifi masa üzərindədir.
"Report" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.
"Təklifimiz masadadır. Biz heç nədə israr etmirik. Müharibədə iştirak edən tərəflər bunun yaxşı bir təklif olduğuna qərar verərsə, davam edərik. Əgər belə deyilsə, biz sadəcə vəziyyəti izləyəcək və mümkün qədər gərginliyi azaltmaq üçün tədbirlər görəcəyik", - deyə o bildirib.