Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

İrana hücum edən ABŞ və İsrail cəzalandırılacaq.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

"İran İslam Respublikasının ərazisinə təcavüz edənlər və millətin liderinin (Əli Xamenei) qatilləri öz əməllərinə görə cəzalandırılacaqlar", - Qalibaf bildirib.

İranın hazırkı Ali rəhbərinin (Müctəba Xamenei) hərbi müşaviri Möhsün Rezai də "X" sosial şəbəkə hesabında ABŞ və İsraildən qisas alınacağına eyham vurub.