Ermənistanın ikinci prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan məhkəmə qərarı ilə iki aylıq həbs edilib.
Sherg.az xəbər verir ki, bu barədə vəkili Aleksandr Koçubayev məlumat verib.
Məhkəmə iclası beş saatdan çox davam edib. Sedrak Köçəryanın yalnız həyat yoldaşı və övladları ilə görüşməsinə icazə verilib. O, “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə göndərilib.
Sedrak Köçəryan və atası Robert Köçəryan avqustun 25-də keçirilən axtarışlardan sonra saxlanılıblar. Onlara vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət alma ilə bağlı ittihamlar irəli sürülüb.