Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan parlament seçkilərində səs verdikdən sonra ölkənin gələcəyi ilə bağlı açıqlama verib.
Sherg.az-ın məlumatına görə, Sərkisyan bildirib ki, o, sərhədlərinin toxunulmazlığını qoruya bilən, vətəndaşların təhlükəsizliyini, hüquqlarını və milli ləyaqətini təmin edən Ermənistan üçün səs verib.
Onun sözlərinə görə, ölkədə yalan və böhtanın qəbuledilməz olduğu, siyasi mövqenin dəyərli sayıldığı bir sistem olmalıdır.
Keçmiş prezident həmçinin hazırkı hakimiyyətin müxalifətə qarşı cinayət işləri açması ilə bağlı ittihamları tənqid edib və seçkilərdə dövlət resurslarından geniş istifadə edildiyini iddia edib.
Sərkisyan əlavə edib ki, beynəlxalq təşkilatların seçki prosesinə obyektiv qiymət verib-verməyəcəyi ilə bağlı şübhələri var.