"Tasnim": İran ABŞ-nin körpülərə və elektrik stansiyalarına hücumlarına adekvat cavab verəcək

İran Silahlı Qüvvələri ABŞ İslam Respublikası ərazisindəki körpülərə və ya elektrik stansiyalarına zərbə endirəcəyi təqdirdə, Yaxın Şərqdə ABŞ-yə məxsus infrastruktura simmetrik zərbələr endirəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, amerikalılar İranda körpü və ya elektrik stansiyasını vurarsa, Tehran cavab olaraq regiondakı infrastruktura, o cümlədən ABŞ-nin payının olduğu enerji obyektlərinə və körpülərə zərbələr endirəcək.