Tehranda polis postlarına hücum: ölənlər var

İranın paytaxtı Tehranda polis nəzarət-buraxılış məntəqələrinə edilən bir neçə hücum nəticəsində 10-a yaxın təhlükəsizlik əməkdaşı həlak olub.

Axar.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

İddiaya görə, hücumlar İsrailin MOSSAD kəşfiyyat xidməti tərəfindən təxribat məqsədilə təşkil olunub.

Qeyd edilir ki, toqquşmaların qeydə alındığı ərazilərdə vəziyyət hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə Tehran və İranın qərbində hərbi infrastruktura genişmiqyaslı zərbələr endirib.