Türkiyə buna görə narahat olmamalıdır - Ərdoğan

Türkiyə Yaxın Şərqdə baş verən münaqişələrə cəlb olunmaq cəhdlərinə qarşı yüksək səviyyədə diqqət göstərir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında məlumat verib.

“Ölkəmizi müharibəyə cəlb etməyə yönəlmiş sui-qəsdlər, tələlər və provokasiyalar qarşısında maksimum diqqət göstəririk”, - Ərdoğan qeyd edib.

O, Ankaranın xarici siyasətində əsas prinsiplərin dövlət siyasəti və böhranların idarəedilməsi təcrübəsi olduğunu vurğulayıb və əlavə edib ki, bu baxımdan Türkiyə “təhlükəsizliyinə və sabitliyinə görə narahat olmamalıdır”.