Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, diplomatlar regiondakı son vəziyyət, həmçinin ABŞ ilə İran arasında davam edən danışıqların gedişi ətrafında fikir mübadiləsi aparıb.