Türkiyədən İrana uçuşlar dayandırıldı

Türkiyənin “Turkish Airlines”, “AJet” və “Pegasus” hava yolları şirkətləri İrana və əksinə hava reyslərini ləğv ediblər.

Teleqraf xəbər verir ki, bu barədə i24NEWS məlumat yayıb.

Qeyd olunub ki, “Turkish Airlines” və “AJet”in internet saytlarında 2027-ci ilin mart ayına qədər İrana heç bir reys göstərilmir. “Pegasus” isə İrana uçuşları rezervasiya sistemindən tamamilə silib.

ABŞ-nin maliyyə naziri Skott Bessent bundan əvvəl bəyan etmişdi ki, aviaşirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşlar dayandırılacaq.