Xamenei: ABŞ-nin Yaxın Şərqdəki bazaları Vaşinqtonun müttəfiqlərini qoruya bilmir

İranın Ali Lideri Müctəba Xamenei bildirib ki, Yaxın Şərqdəki Amerika hərbi bazaları öz təhlükəsizliyini təmin edə və Vaşinqtonun regiondakı müttəfiqlərini qoruya bilmir.

Teleqraf xəbər verir ki, Xamenei bu barədə "X"də yazıb: "ABŞ-nin saxta hərbi bazaları nəinki Vaşinqtonun regiondakı müttəfiqlərini, hətta regiondakı müttəfiqlərinin təhlükəsizliyini təmin edə bilmir".

İranın ali lideri daha əvvəl ABŞ-nin Fars körfəzi bölgəsinin gələcəyində yeri olmadığını bildirmişdi.