Xameneyinin müşaviri: "Zəngəzur dəhlizinin açılmasını əngəlləyən məhz İran oldu"
13:25 10.06.2025
Region
312
"Zəngəzur dəhlizinin açılmasını əngəlləyən məhz İran oldu".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti iddia edib.
"O vaxt bəzi dövlətlər Zəngəzur dəhlizi adı altında Naxçıvanla Azərbaycanı Ermənistan üzərindən birləşdirməyə cəhd edirdilər", - o bildirib.
Onun sözlərinə görə, guya bu plan əslində Ermənistanı parçalamaq, İranla Avropa arasında əlaqəni kəsmək məqsədi daşıyırdı.
"Keçmiş ABŞ prezidenti Co Baydenin özünün etiraf etdiyi kimi, bu dəhlizin açılması üçün hər şey hazır idi, ancaq İran onun həyata keçirilməsinə imkan vermədi", - Vilayəti vurğulayıb.
Onun sözlərinə görə, düşmənlərin Zəngəzur layihəsi ilə son məqsədi İranı şimaldan təcrid etmək, cənubdan isə Rusiyanı mühasirəyə almaq idi, ancaq bu plan də uğursuzluğa düçar olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm