14 min dollarlıq rəsmin sirri açıldı, dəyəri 14 milyon dollara yüksəlib
09:46 26.02.2024
Relaks
3381
İki il əvvəl qiyməti 14 min dollar olan 17-ci əsrə aid rəsminin məşhur rəssam Rembrandta məxsus olduğu ortaya çıxıb. Bu sirr üzə çıxdıqdan sonra rəsmin dəyəri 14 milyon dollara yüksəlib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, iki il əvvəl dəyəri 14.000 dollar olan 17-ci əsr rəsm əsəri kolleksiyaçılar təəccüblü bir sirri açdıqdan sonra “Sothebys” müzeyində təxminən 14 milyon dollara satılıb.
Böyük Britaniyada nəşr olunan “Dailymail”in məlumatına görə, "Kralların pərəstişi" adlı yağlı boya tablosu 2021-ci ildə Christies tərəfindən Rembrandtın çevrələrindən birinə aid edilib və Amsterdamda satışa çıxarıldığı zaman qiymətinin 10 min 600 ilə, 15 min 900 dollar arasında olduğu təxmin edilib..
Lakin İngiltərədəki kolleksiyaçı Sothebys ötən ilin dekabrında keçirilən hərracda əsərin əsl Rembrandt olduğunu müəyyən edib və son satışdan cəmi iki il sonra qiymət 13,8 milyon dollara yüksəlib.
Mütəxəssislər 20 ay davam edən hərtərəfli müayinə zamanı rentgen analizi və infraqırmızı təsvirdən istifadə ediblər və bir çox aparıcı Rembrandt alimləri ilə məsləhətləşiblər.
Bəzi iddiaçılar razı olmadığından dekabrın 6-da keçirilən hərracda heç kim iştirak etməyib. Bununla belə, rəsm 13,8 milyon dollara gizli qarant tərəfindən dəstəklənib.
Alıcı dekabr ayında hərracdan əvvəl qiyməti ödəməyə razılaşıb, yəni daha yüksək təklif alınmadığı təqdirdə rəsm onlara veriləcək.
Sotheby's 62 səhifəlik kataloquna görə, kiçik ölçülü rəsm ilk dəfə 1955-ci ildə Amsterdamda J.C.H. Heldring tərəfindən alındıqda ortaya çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur