4 yaşlı qız 200 milyon il yaşı olan dinozavrın izini tapdı

Okean ətrafında yerləşən Uels ölkəsində 4 yaşlı qız Lili Uaylder təsadüfən dinozavrın izini tapıb.

24News.ge xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə qız çimərlikdə atası ilə gəzən vaxt baş verib. O, gözlənilmədən dinozavr izi ilə qarşılaşıb.

Tədqiqatçıların araşdırmasına görə, bu, 220 milyon ildən çox yaşı olan dinozavrın ayaq izidir.