"Coober Pedy" Avstraliyanın cənubundakı Adelaide şəhərindən 846 km şimalda yerləşən qəsəbədir. Demək olar, burada hamı yerin altında yaşayır. "Sherg az" xarici mətbuata istinadən bildirir ki, jurnalist Kleyə Riçardson və fotoqraf Henninq Qoll həmin insanlarla tanış olmaq üçün bölgəyə səyahət ediblər.
Qəsəbənin yüzdə 60-ı yerin altında yaşayır. Yerli xalq sərin, daha yaşanabiləcək bir hava əldə etmək üçün, bütün yaradıcılıqlarını istifadə edərək köhnə mədənlərdə, hətta sığınacaqdan kilsəyə qədər yeraltı cəmiyyət qurub.
Təxminən 100 il əvvəl gənc bir adam, bölgədə bir neçə parça opal (qiymətli daş) kəşf edib.
Buradan başlayan hekayə, mədənçilərin bölgəyə axını ilə davam etmiş və beləcə "Coober Pedy" qısa bir zaman kəsiyində dünyanın ən geniş opal qaynağı olmağı bacarıb.
Qəsəbənin ən parlaq dönəmində 1970-80-ci illərdə hardasa 1000-dən çox mədənçiyə ev sahibliyi edib. Bu gün isə sadəcə 100 mədənçi “Coober Pedy’-də yaşayır.
Opal cənnəti olan “Coober Pedy”nin özəlliklərini və hekayəsini eşitmiş ola bilərsiz. Fəqət bu ilginc yeraltı qəsəbənin son zamanlarda tekrar diqqət çəkməsinin fərqli bir səbəbi var: o da elektrik enerjisi layihəsidir.
2017-ci ildə tətbiq olunan layihəyə görə, bölgənin günəşli və küləkli havasından istifadə edərək “Coober Pedy”-nin bərpa olunan enerjisi şəhərə lazım olan enerjinin yüzdə 70-ni istehsal edir.
Yaz aylarında istilik 53 dərəcəyə qalxır. Bu da təmiz enerji mənbəyi kimi şəhəri istiləşdirmək üçün istifadə olunan dizelin istiliyindən və tüstüsündən xilas olmağa imkan verir.
53 ildir opal mədənçiliyi ilə məşğul olan Con Dunstan, bölgəyə "BBC Travel" adından gələn jurnalist Kleyə Riçardson və fotoqraf Henninq Qoll ilə bir reportajda “Coober Pedy”də yaşayışını belə izah edir:
"Bir dəfə yeraltı yaşayışa alışsanız, yenidən normal bir evdə yaşamaq istəməzsiz. İstiləşmə və soyutmağa ehtiyac duymazsınız, yeraltında yaşamaq olduqca rahatdır. 2018-ci ilin yayında dərəcələrimiz 53-ə çatanda dözülməz dərəcədə isti olmuşdu. Xüsusilə şimaldan küləklər gələndə elə bil soba içərisindəsən.
Amma biz yeraltı evlərimizdə bu istiliyi ən az dərəcədə hiss edirdik.
Digər "Coober Pedy" sakini Cason Rayt, yeraltı sığınacaq adlandırdığı evini bu cümlələrlə izah edir:
“Mədəndən çevrilmiş dörd otaqlı yeraltı sığınacağın yuxarı mərtəbəsində iki yataq otağı var.
Burada pul itirmək əvəzinə qazanırsız. Çünki qazdığımız hər yerdən opal mədəni çıxır. Məlumdur ki, bu qəsəbə opal mədənçiliyi ilə məşhurdur".
Sirli "Coober Pedy" şəhəri, Hollivud filmlərinin kulisi olaraq da bilinir. Əsrarəngiz şəhərin maraqlı quruluşundan təsirlənən prodüserlər və rejissorlar filmlərini bu misilsiz məkanda çəkməyə üstünlük verirlər.
Xüsusilə də qəsəbədə tərk edilmiş formaları ilə böyük zəhərli ilanlara ev sahibliyi edən "Ay düzənliyi", rejissorların sevimli yerlərindən biri kimi tanınır. Bu yerin döşəməsi gipslə parlaq şəkildə işıq saçır.
19 otağı yeraltında ve 31 otağı yerin üstündə olan "Desert Cave Hotel"de yazda hava 45 dərəcə olanda oteldə 25 dərəcə, qışda isə 10 dərəcəykən, oteldə 17 dərəcə hiss edilir.
Qəsəbəni ziyarət etmək üçün gəzinti turları təşkil olunur. Bu fərqli turlara qatılaraq şəhərin tarixini öyrənə və opal mədənçiliyinin nəyə gətirib çıxardığına şahid ola bilərsiniz.