Dünyanın ən bahalı tortu: dilimi 4367 manata bazarlanır

1981-ci ildə Şahzadə Çarlz və Leydi Diana Spenserin toyundan qalan 40 illik tort parçası İngiltərədə keçirilən hərracda 1850 fun strelinqə, yəni 4367 manata satılıb.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, tortun bir hissəsi iş adamı Gerry Laytona satılıb. Tort diliminin üzərində qızıl, gümüş, qırmızı və mavi rəngli kral nişanı var.
Dəbdəbəli bir gəmi kirayəsi şirkətinin sahibi olduğu söylənən Laytonun gələn həftə tort dilimini almaq üçün Yorkşirdən Qlosterişə gedəcəyi açıqlanıb. Hərracda böyük marağa səbəb olan tort diliminin 500 funt sterlinqə satılacağı gözlənilsə də, 1850 funt sterlinqə satılıb. Bu durum hərracçılar tərəfindən sürprizlə qarşılanıb.
Satılan tort parçasının Kraliça Elizabetin 2002 -ci ildə vəfat edən anasının yaşadığı Klarens  Evinin işçisi Moyra Smitə verildiyi deyilir. Smit tort dilimini illərlə streçə bükülü vəziyyətdə saxlayıb. Hərracı keçirən Kris Alburi bu sözləri söyləyib:
“Tort ilk dəfə satıldığı kimi yaxşı vəziyyətdədir, amma yeyilməməsini məsləhət görürük”.