Kraliça tacında Osmanlı detalı: 166 il əvvəl hədiyyə edilmişdi

 Böyük Britaniyada 70 il hökmranlıq edən 96 yaşlı Kraliça II. Elizabetin  ölümündın sonra  ölkənin yeni monarxı  bəlli olub.  Ölümündən bir neçə ay əvvəl Kraliça növbəti monarxın Kralın oğlu Şahzadə Çarlz, gəlini Kamilla Parker Boulzun isə yeni Kraliça olacağını elan etmişdi.
 Sherg.az xarici media istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni kralı və kraliçası  titullarını yaxın günlərdə hazırlanan mərasimdə alacaq. Camilla Parker Boulz ərinin Kral ünvanını alacağı mərasimdə iştirak edəcək. O, Elizabetin tacını taxacaq və yeni Kraliça olacaq.

Kraliça Elizabetin tacı  əvvəlcə anası Elizabet Bowes-Lyon üçün hazırlanmışdı. Kral VI. Corcun arvadının 1937-ci ildə tacqoyma mərasimində taxması üçün nəzərdə tutulmuş bu tac illər sonra qızı Kraliça olduqdan sonra ona məxsus olub. İndi  bu tacı taxmaq növbəsi Kamilla Parker Boulzundur.

II. Elizabetin anası Kraliça Elizabet Bowes-Lyon üçün hazırlanmış bu tac 2868 müxtəlif brilyant və platin parçalarından ibarətdir. Tacın ən mühüm hissələrindən biri 105,6 karatlıq və 21,6 qram ağırlığında olan “Kuh-i Nur” adlı dünyanın ən böyük almazlarından biridir. Kuh-i Nur, 'İşıq dağı' kimi tanınan almazın 19-cu əsrin ortalarında Kraliça Viktoriyaya hədiyyə olaraq İngiltərəyə göndərildiyi məlumdur.


 
İmperator Dövlət Tacının üzərindəki  qiymətli daşlardan biri də  Osmanlı dövləti tərəfindən hədiyyə edilib. Krım müharibəsində göstərdiyi dəstəyə görə Osmanlı Sultanı  Əbdülməcit  Kraliça Viktoriyaya  qiymətli bir almaz hədiyyə göndərib. Kral əsərlərini qoruyan qurum - Royal Collection Trust faktı təsdiqləyir: “Türk almazı Krım müharibəsi zamanı ingilislərin dəstəyinə görə 1856-cı ildə Kraliça Viktoriyaya Sultan Əbdülməcit tərəfindən  minnətdarlıq ifadəsi olaraq hədiyyə edilib”. 
"Sultan Əbdülməcitin Kraliça Viktoriya üçün göndərdiyi almaz və Kuh-i Nur almazı eyni tacda yer alır və bu tac ilk olaraq Kraliça II Elizabeth Bowes-Lyona  verilib. Kraliça II Yelizaveta da bu tacı daşıyıb.

Turan