Yaponlar bunu da bacardı

Cihazlar həşəratları və böcəkləri məhv edəcək
Yaponiya həşəratları məhv edən yeni cihazın istehsalına başlayıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, yeni cihaz lazer şüasıyla çalışır. Yapon alimlərin yeni icadı müxtəlif  həşəratlar və böcəkləri saniyələr içində məhv etmək gücündədir. Yaponiyanın Osaka Universitetinin tədqiqatçılarının icad etdiyi  cihazda kompüter nəzarətli güzgülər vasitəsilə yüksək dərəcəli lazer şüaları böcəklərə tərəf tuşlanır və onları məvh edir. Bu cihazlardan xüsusilə kənd təsərrüfatında zərərverici böcəklərin məhv edilməsi məqsədilə istifadə ediləcəyi bildirilir.  Cihazlar sayəsində əkin sahələrində kimyəvi dərmanlardan istifadə azalacaq.