Keçən həftə Hollivudda maaş artımı tələbi ilə başlayan tətilin gündəliyinə süni intellekt mövzusu da əlavə olunub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Yazıçılar birliyi süni intellekt tərəfindən istehsal olunan heç bir şeyin "ədəbi" və ya "mənbə" materialı sayılmamasını tələb edib.
Həmçinin müəlliflərin əsərlərindən süni intellektin hazırlanması üçün istifadə edilməməsi də istənilib. Lakin studiyaların yazıçıların bu təklifini rədd etdiyi bildirilib.
Qeyd edək ki, “ChatGPT” kimi proqramların insanları təqlid etmək üçün sürətli inkişafı son vaxtlar bir çox peşə nümayəndələrini, xüsusən də proqramçılar və yazıçıları narahat edir.
Digər tərəfdən Yazıçılar Birliyinin, məlumatına əsasən Netflix və Disney də daxil olmaqla, studiyalar süni intellektin istisna edilməsinin tərəfdarı olmayıb. Əvəzində, onlar texnologiyadakı irəliləyişləri müzakirə etmək üçün ildə bir dəfə görüşməyi təklif ediblər.
Əlavə edək ki, müəlliflər adından danışıqlar aparan Netflix istehsalı “Bird Box”un müəllifi Erik Heisserer, "İncəsənət maşınla yaradıla bilməz. Adı üstündə süni” desə də rejissor Todd Liberman onunla razılaşmayıb. Liberman bildirib ki Yaxın üç ildə siz süni intellekt tərəfindən yazılmış yaxşı filmləri görəcəksiniz
Fox-un baş direktoru Rob Veyd isə, süni intellekt vasitəsilə təkcə ssenari deyil, həm də montajın edilə biləcəyini söyləyib.
Mənbə:Hürriyət qazeti