Evdə hazırlaya biləcəyiniz içki reseptləri...

Yayda isti havalar enerjimizi aşağı sala bilər. Buzlu içki ilə enerjimizi artırmaq olar. 

"Sherg.az" yayda sərinləşməyinizə kömək edəcək praktik reseptləri təqdim edir:


Şaftalılı qazlı içki:

-2 xörək qaşığı təzə limon suyu
-1 çay qaşığı şəkər tozu
-6 yarpaq təzə reyhan
-5 şaftalı
-1 çimdik duz
-1 butulka adi qazlı su

Sodadan başqa bütün maddələri rondoda çəkirik. Sonra ona soda əlavə edirik.

Gavalı Limonad:

-12 limon
-8 gavalı
-1 kq şəkər tozu
Servis edərkən buz, təzə nanə və şaftalı qatmaq olar. Əvvəlcə limonların qabığını rəndələyib, sonra şirəsini sıxırıq. Gavalıları doğrayırıq. Hamısını şəkər tozu və limon qabığı ilə qarışdırırıq. Şəkər əriyəndə bankaya doldurub soyuducuya qoyuruq. Süfrəyə verərkən 
buz, təzə nanə və bir də gavalı əlavə edirik. 

Mənbə: CNN Türk