Nağıllarda axmaq və təkəbbürlü kimi təsvir edilən qarğanın heyvanlar aləmində əslində ən parlaq zəkaya sahib olduğu ortaya çıxır. "Dr. '007' adlı qarğa Aleks Taylorun hazırladığı mürəkkəb 8 addımlıq tapmacanı heç bir çətinlik çəkmədən qısa müddətdə həll edib.
Sherg.az xəbər verir ki, BBC kanalında yayımlanan sənədli film qarğaların intellektini və alətlərdən istifadə bacarıqlarını ortaya qoyub.
Qarğalar üzərində araşdırma edən Dr. Aleks Taylor tapmacada bu heyvanların zəkasını nümayiş etdirib.
Yerli jurnalda dərc olunan araşdırmaya görə "Dr. '007' adlı qarğa Aleks Taylorun hazırladığı mürəkkəb 8 addımlıq tapmacanı heç bir çətinlik çəkmədən qısa müddətdə həll edib.
Dr. Taylor qarğanın təcrübədə istifadə edilən əşyaları daha əvvəl də gördüyünü, lakin bu ardıcıllıqla ilk dəfə qarşılaşdığını vurğulayıb.
Taylor, “Qarğa və tutuquşuların ipin ucundan yeməyi özlərinə doğru çəkərək və ya bir əşyadan istifadə edərək heş bir plan qurmadıqlarını gördük.
Yeni araşdırmamız, quşların öz hərəkətləri zehinlərində qurduqlarını deyil, hərəkətlərinə reaksiya verərək davam etdiklərini ortaya çıxardı"-deyir.
.
Taylor, Kaledoniyalı qarğa üzərində apardıqları araşdırmalar haqqında bunları deyir: “Yemək əldə etmə üsulları düşündüyümüzdən fərqli bir kəşfiyyat araşdırmasına əsaslanır.
Qarğalar dünyanı modelləşdirmək üçün üstün qavrayış qabiliyyətlərindən istifadə etmək əvəzinə, sahib olduqları sinir şəbəkələri etdikləri hərəkətlərə ən dəqiq cavab verir. Bu yolla digər quş növlərinin həll edə bilmədiyi problemlərin öhdəsindən gəlirlər.
Bulmacada qarğa qutulardan götürdüyü çəkiləri ağ qutuya yığır. Qutu müəyyən çəkiyə çatdıqda onun qapağı açılır və qarğa içindəki uzun çubuğu gtürür. Eyni üsulu bir-bir sınayır və bütün çəkiləri qutulara yığır".