
Antisanitariya adi hala çevrilib: İşçi heyət təlimsiz, məhsullar çirklidir
06:29 16.07.2025
Cəmiyyət
355
Qidaların içindən yad cisim çıxırsa, bu artıq zəhərlənmə təhlükəsidir
Bakıda uşaq peçenyesinin içindən dəmir parçası çıxdığı iddia olunur. Baku-post.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Mirəli Süleymanov paylaşım edib. O, məhsulun “Bolluq LTD” MMC-yə məxsus olduğunu bildirib. Şikayətçi həmin peçenyeni azyaşlı övladı üçün alıb, lakin peçenyenin içərisində dəmir parçası olduğu aşkar edilib: “Bu məhsul "Bolluq LTD MMC"-yə məxsus uşaqlar üçün peçenyelərdir. Yaxşı ki, uşaq yemədən içindən çıxan bu dəmir parçasını gördük. Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır”.
Məsələ ilə bağlı "Bolluq LTD MMC"-yə müraciət edilib. Məsələni araşdırıb məlumat verəcəklərini bildiriblər.
Qida məhsulunun içərisindən yad cismin çıxması ilk hadisə deyil. İndiyədək oxşar hallar çox olub. Gah çörəyin içində taxta qırıntısı, saç, yara bandı, siqaret kötüyü aşkarlanıb, gah da kolbasada dəmir qırıntısı.
Qida məsələləri üzrə ekspert Ağa Salamov Sherg.az-a açıqlamasında hər hansı qida məhsulunun içərisindən yad cismin çıxmasının fiziki çirklənmə olduğunu dedi:

- Bu, qidanın fiziki çirklənməyə məruz qaldığını göstərir. Un məmulatları, ət və ət məhsulları, yaxud hər hansı digər ərzaq olsun, içərisindən yad cisim çıxırsa, demək ki, emal prosesində sanitar-gigiyenik qaydalara əməl olunmayıb. Ümumiyyətlə, son zamanlar qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətində kifayət qədər nöqsanlar aşkarlanır. İstehsal zamanı məhsulun fiziki çirklənməsi baş verirsə, bu, təlimsiz və məsuliyyətsiz işçi heyətin günahıdır. Təlimsiz işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Nədənsə, 21-ci əsrdə Azərbaycanda istehsalatda işçi heyəti HACCP, İSO 22000, İSO9001 təlimlərindən kənarda qalır. Bu təlimlər işçilərə sanitar-gigiyenik qaydaları, istehsalın düzgün texnologiyasını öyrədən təlimlərdir. Amma sahibkarlar işçilərini belə təlimlərə cəlb etmir. Çünki ancaq öz ciblərini doldurmağı, daha çox gəlir əldə etməyi düşünürlər. Belə olduğu halda isə məhsulun müxtəlif çirklənmələri baş verir, bu da qida zəhərlənmələrinə yol açan səbəbdir. Bu gün təndirxanaların bir çoxunda antisanitar vəziyyət hökm sürür. Un kisələri yerə düzülür, işçilər oradan unu yoğurma aparatına tökürlər, natəmiz masalarda xəmiri kündələrə ayırırlar, ortalıq qarışıq vəziyyətdə, belə halda məhsulun içindən nə desəniz çıxar. İşçilər gigiyenalarına fikir verməlidir, əllərini dezinfeksiyaedici məhlullarla təmizləməli, iş masasında yad əşyaların olmamasına diqqət etməli, paketlənmə zamanı ehtiyatlı olmalıdırlar.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehsal müəssisələrində mütəmadi yoxlamalar, monitorinqlər aparır. Bir müddət əvvəl böyük sayda şadlıq sarayı, restoran anti-sanitar vəziyyətə görə cərimələndi, fəaliyyətləri dayandırıldı. Amma nə fayda?! AQTA yenə monitorinq aparsa, eyni vəziyyətin şahidi olar, böyük ehtimalla. Yoxlamalar zamanı müəssisələrdə anti-sanitar vəziyyət aşkarlanır, havalandırma sisteminin olmadığı, bəzilərində emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olur, faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunur, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilir və bununla da, məsələ bitmiş hesab edilir. Müəssisələr əvvəlki iş şəraitində istehsalı, xidməti davam etdirir. Belə görünür ki, qida məhsullarının içindən yad cisimlərin çıxması davam edəcək. Odur ki, nə yediyimizə diqqət edək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə