Dünya o həkimdən danışır
Məlahət Rzayeva
07:20 28.04.2021
Relaks
630
Səhhəti ağırlaşdı, amma əməliyyatı dayandırmadı
20 yaşlı qızın tüpürcək vəzi törəməsinin cərrahi əməliyyatı zamanı Bursa Uludağ Universitetinin qulaq, burun, boğaz xəstəlikləri kafedrasının başqanı, professor Oğuz Basutun səhhəti ağırlaşıb. Lakin cərrah əməliyyatı dayandırmayıb. Əməliyyatda iştirak edən tibb personalına “ayağıma serum taxın” təlimatı verib və ayağına sistem qoşulu halda əməliiyyata davam edib. Əməliyyat otağındakı tibb bacısı cərrahın ayağına sistem taxılmış halda fotosunu çəkib. Foto sosial şəbəkədə paylaşılıb. “Şərq” Türkiyənin “Milliyet.com” saytına istinadən xəbər verir ki, foto sayəsində dünya bu fədakar həkimi tanıdı və indi dünyanın hər yerindən ona heyranlıq mesayları gəlir. Professor O.Basut özü isə əməliyyat barədə danışaraq bunları deyib: “Çox çətin bir əməliyyat idi. Mən bu əməliyyata məsuliyyət daşıyırdım və onu problemsiz bir şəkildə başa çatdırmalı idim. Əməliyyatı uğurlu bir şəkildə tamamladım”. Bəs cərrahın halı niyə pisləşib. Verilən xəbərdə bildirilir ki, sözügedən əməliyyatdan bir gün əvvəl O.Basut qida zəhərlənməsi keçiribmiş. Özünü yaxşı hiss etdiyi üçün əməliyyata başlamaq qərarına gəlib. Amma əməliyyatın gedişində səhhəti ağırlaşıb. “Bizim üçün gərgin bir gün idi. Əməliyyatdan əvvəlki gün mən bir qida zəhərlənməsi keçirdim. Yediyim bir şey toxundu, hər halda. Zəhərlənmə səbəbiylə orqanizm o gün həddindən artıq su itkisi yaşadı. Hətta əməliyyatdan əvvəl də “serum” taxdırmışdım. Ertəsi gün gənc qızımızın tüpürcək şişi əməliyyat edilərək götürülməliydi. Əvvəldən planlaşdırılmış əməliyyat idi. Özümü yaxşı hiss edirdim deyə, əməliyyata başladım. Lakin əməliyyatın gedişində hiss etdim ki, əhvalım dəyişir. O anda ağlıma bu gəldi ki, vəziyyətimin pisləşməsi maye itkisiylə bağlıdır. Əllərim məşğul olduğu üçün tibbi heyətə ayağıma serum taxmalarını tövsiyə etdim. Serum “çalışmağa” başladıqca, vəziyyətimin yaxşılaşdığını hiss edirdim. Vəziyyətim yaxşılaşmasaydı, əməliyyatı yarımçıq qoyacaqdım. Şükür ki, hər şey yaxşı oldu, əməliyyat uğurla başa çatdı”, söyləyən Oğuz Basut özü də məşhur fotonun altında şərh yazıb: Pandemiya müddətində bütün fədakar səhiyyə işçiləri kimi hər cür şəraitdə çalışmağa davam edirik. Amma yorulduq! Lütfən, qaydalara riayət edək, riayət edilməsinə yardımçı olaq! Toplumun bizə dəstək olması lazımdır. Çünki biz də bir yerə qədər dayana, dirənə bilirik”. Cərrahın paylaşımı, Bursa Uludağ Universitetinin rektoru, professor Saim Kılavuz başda olmaqla qısa müddətdə çoxsaylı bəyənmə “alıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə