Dünyanın ən pis adamları burda yaşayırdı
Yusif Nəzərli
03:38 12.10.2021
Relaks
693
Zəlzələ darmadağın etdi, indi ancaq turistlər ziyarətə gəlirlər
Hazırda mövcud olmadığına baxmayaraq Port Royal dünyanın ən pis məkanı və ən pis adamlarının yaşadığı yer kimi yaddaşlarda qalmaqdadır. Port “Royal” Yamaykanın paytaxtı Kinqstonun liman çevrəsi yaxınlığında bir qəsəbə olub. Adı “xas liman” anlamına gəlsə də, heç də adına uyğun həyata sahib olmayıb. Bura 1494-cü ildə ispanlar tərəfindən Karib dənizində kəşf edilib, qısa zamanda bölgənin ən önəmli dəniz ticarəti mərkəzinə çevrilən bir ada olub. Müxtəlif vaxtlarda gah ispanların, gah da ingilislərin hakimiyyəti altında olub.
Strateji mövqeyinə görə, az sonra dəniz quldurlarının məskəninə çevrilib. Dünyanın ən məşhur dəniz qulduru Edvard Tiiç, ya da başqa bir adıyla – Quldur Bay Karasaqqal da Port Royalın ən böyük aşiqlərindən biriydi. Xüsusilə İspaniya və ispan gəmilərinə hücum etmək istəyən quldurlar Port Royaldan düşərgə olaraq istifadə edirdi. Bura böyük gəmilərin saxlanması üçün əla məkan idi. Dəniz quldurları burada fransız və ispan donanmalarını dəfələrlə məğlubiyyətə uğratmşdı.
Port Royal dəniz quldurlarının toplanış mərkəzinə dönüşdü. Port Royal dəniz quldurlarının mərkəzinə çevrilmədən öncəsə varlı insanların əxlaqsız əyləncələrinin mərkəzi olub. 1692-ci ildə dənizdə əmələ gələn sunami qəsəbəni də, limanı da yerlə-yeksan etdi. Ada da, liman da bütün cazibəsini itirdi. Bölgə Yeni Dünyanın “Sodom”u kimi xatırlanmağa başlandı.
“Sodom” İncildə adı keçən, Allah tərəfindən dağıdılaraq yox edilən bir şəhərdir. Zamanla Port Royal dəniz ticarətinin mərkəzinə çevrilsə də, ən alçaq işlərin məkanı kimi də tanındı: kölə alış-verişi, edam məkanı... Həm də elə dəniz quldurlarının.
Yamayka hökuməti bu edamları dəniz quldurlarına görk olsun deyə həyata keçirirdi. Nə az, nə çox - 44 quldurbaşı edam edilmişdi. Lakin nə qədər çalışsalar da Port Royalın mənfi imicini yaxşılaşdıra bilmədilər.
Getdikcə Port Royalda yaşayanların sayının həddindən artıq çoxalması adanın çökməsinə səbəb oldu. Nəhəng zəlzələ qəsəbəni darmadağın etdi.
Təbii fəlakət zamanı 3 min, sonrakı yoluxucu xəstəliklərdən isə 2 min insan tələf oldu. Qəsəbənin salamat qalmış bir qismi isə 1904-cü ildə növbəti zəlzələ zamanı tamam dağıldı. Tarixdə qalan batmış bir qəsəbə haqqında xatirə oldu.
Qəribədir ki, bu pisliklər qəsəbəsi UNECKO tərəfindən qoruma altındadır və hər il minlərlə turist darmadağın halda olan qəsəbəni ziyarətə gəlir. Xüsusən dəniz turizmi və dalğıclar üçün cazibəli olan Port Royal yamayka iqtisadiyyatına bəlli bir gəlir də gətirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat