İnsanların yalanlarını ifşa etməyin 6 mühüm üsulu - ARAŞDIRMA
11:49 27.03.2021
Relaks
1247
Araşdırmalara görə, insanların 60 faizi yalan danışmadan 10 dəqiqə belə keçirə bilmir. Bəs, siz deyilənlərin doğru yaxud yalan olduğunu necə anlayacağınızı bilirsiniz? Bunu anlamaq üçün bir neçə sadə üsul köməyinizə çatacaq. Bütün detalları aşağıdan öyrənə bilərsiniz.
1)Danışdıqlarını təkrar etmələrini istəyin. Lakin bunu tərsdən edin:
Adətən, insanlar yalan danışdıqda xronoloji ardıcıllıqla getməyə hazır uydurma bir hekayələri olur. Bunun əksini demək məcburiyyətində qalsalar, stres və təzyiq hiss edəcəklər. Çünki hadisəni belə planlamayıblar. Bu o deməkdir ki, yalan danışmaq onlar üçün olduqca çətin vəzifədir. Doğrunu danışmaq daha asan olsa da, yalan deyən adam stres keçirib, söylədiklərində lazımsız detallar paylaşacaq.
2) Sürpriz variantından istifadə edin:
Kiminsə sizə yalan danışdığını düşünürsünüzsə, söhbətin ortasında anidən sual verin. Mümkünsə həmin şəxsdən xüsusi bir şey istəyin. Beləcə ağlı qarışacaq və dedikləri bir-birinə uyğun gəlməyəcək. Yalan deyən insan təfərrüatları yalana necə əlavə etmək barədə hazır bir fikri olmadığına görə vacib məqamların üstündən keçəcək. Bu səbəbdən müəyyən cavabı olmayan sualları soruşmağınıza qəsdən mane ola bilər.
3)Saxta gülümsəmələrə diqqət edin:
Yalan danışarkən insan dodaqlarının bir-birinə sıxılma ehtimalı daha yüksəkdir. Bu da onun gülüşlərini saxta göstərəcək. Əgər şəxsi yaxından tanıyırsızsa, saxta bir təbəssümü tapmaq daha asan olacaq.
4)Eyni sualı müxtəlif yollarla verin:
Yalançı, adətən, yalnız eyni təfərrüatlara cavab verir,lakin fərqli izah edir. Məsələn, bir sualı 3 müxtəlif yolla verəndə həmin şəxs danışdığı hekayə haqqında daha çox məlumat verməyə məcbur olur . Bu zaman eyni sözləri deyir, eyni ifadələri istifadə edərək təfərrüatlarda ilişib qalır.
5)Hər hansı bir səs dəyişikliyinə diqqət yetirməyə çalışın:
Kimsə yalan danışanda səs tonu və danışıq sürəti dəyişir. Daha sürətlə və yaxud yavaş danışan adam dediyi yalanlara uyğun olmağa çalışır.
6)Sizə verilən cavablarda gecikmə olub-olmadığını yoxlayın:
Yalan dediyini hesab etdiyiniz insana sual verin. Əgər bu sualın cavablandırılması asandır, lakin şəxs gec cavab verirsə və vaxt itirirsə, çox güman ki, nə deyəcəyini düşünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual