Körpə olarkən yetimxananın qapısına atılıb
Məlahət Rzayeva
02:37 04.05.2021
Relaks
679
İndi onu bütün dünya tanıyır!
Çinli Şueli Abbing – dünyaca məşhur “Vouge” dərgisinin simasıdır. Dünyaya dəb diktə edənlərlə çəkilmiş fotoları ilə tanınan 16 yaşlı qız! Ona “bəyaz adam” da demək olar. Fərq etdiniz artıq. Şuelli albinosdu. Elə buna görə də körpə ikən valideynləri onu yetimxana qapısının önündə qoyub, çıxıb gediblər. Çox güman ki, ata-anası Çində müəyyən bir təbəqənin “albinos uşaq uğursuzluq gətirir” inancının qurbanı olublar. Bəli, məhz qurbanı! Çünki onların “uğursuz” saydıqları, əslində isə sadəcə albinizm özəlliyinə məxsusluğuna, dərisinin rənginə, görünüşünə görə adi insanlardan fərqlənən uşaq böyüyüb məşhur model oldu.
“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Şueli doğum gününün tarixini bilmir. Bu günlərdə böyük ehtimalla, onun üçün rəmzi ad günü keçirilib. Məlumdur ki, albinizm dünyada nadir rast gəlinən qeyri-adiliklərdən biridir. Albinizm orqanizmdə dəriyə, saçlara, qaş və kirpiklərə rəng verən piqmentin olmamasıdır. Bu isə genetik hesab edilir. Çox güman ki, Şuelinin valideynlərinin genetik kodunda albinizmə səbəb ola biləcək genlər mövcud imiş. Şuelinin dərisinin rəngi hədsiz bəyazdır, saçları, kirpikləri də çox açıq rəngdədir və günəş şüalarına qarşı çox həssasdır.
Amma bəzilərinə həyatda problemlər yaradan bu özəllik Şuelinin həyat yolunu, əksinə, yüksəklərədək açıb. Hazırda 16 yaşında olan Şuelinin dünyanın məşhur modelyerlərinin libasları ilə çəkdirdiyi fotolar məşhur “Vouge” dərgisinin səhifələrini bəzəyir. Şueli həyat hekayəsini belə anladıb: “Yetimxanada mənə Şue Li adını qoyublar. Şue qar deməkdir, Li də gözəl. 3 yaşım olanda hollandiyalı bir ailə məni övladlığa götürdü. O vaxtdan bəri anam və bacılarımla Hollandiyada yaşayıram. Anam adımı eşitdikdə dedi ki, bundan gözəl ad ola bilməz. Həm də bu ad mənim çinli olmağıma işarədir. Dünyaya gəldiyim vaxt Çin hökuməti hər ailədə 1 övlad siyasətini yürüdürdü. Albinizmli bir uşağın olması isə Çində böyük şanssızlıq hesab edilir. Bəziləri mənim kimi atılır, bəziləri də bağlı qapı arxasında, hər kəsdən gizli saxlanılırdı. Məktəbə göndərmək istəyirdilərsə, saçlarını qara rəngə boyayırdılar. Amma Afrikada daha dəhşətlidir. Albinizmli uşaqları “ovlayırlar”. Qollarını, ayaqlarını kəsir, öldürürlər. Cadugərlər onların sümüklərindən dərman vasitəsi əldə etmək üçün istifadə edir, bəzi insanlardan da bunun sağlamlıqlarına xeyir gətirəcəyinə inanır. Amma əlbəttə, bunların heç biri gerçək deyil, hamısı mövhumat, cahillikdir. Mən isə sadəcə küçəyə atıldığım üçün şanslı oldum”. Şue Li doğum tarixi ili dəqiqləşsin deyə, 1 il əvvəl əlini rentgen etdirib. Rentgen nəticəsində həkimlər Şue Linin 15 yaşını olduğunu təsbit ediblər. Modellik işinə isə 11 yaşındaykən başlayıb. İlk dəfə Honq-Konqdakı moda yarışmasına qatılıb və bundan sonra foto çəkilişlərə dəvətlər almağa başlayıb. Foto studiyalardan biri Brok Elbankın Londondakı studiyası olub. Oradakı çəkilişdən sonra Şue Linin fotosu instagramda paylaşılıb. Zebedee Talent moda agentliyi Şue ilə əlaqə yaradıb və onu moda dünyasında çalışmağa dəvət edib. Şue Li deyir ki, 1.80 boylu, incə modellər dəbdədir, lakin artıq fərqli görünüşlərdə olanlar da moda dünyasına gəlir. Albinizmli modellərdən adətən mələk, ya da ruh mövzulu çəkilişlərdə istifadə edilməsi Şue Lini üzür: “Bu yanaşma dəyişməlidir. Bizi digər insanlardan fərqləndirən sadəcə rəngimizdir”, deyir.
Şue Li çəkilişlərin onu çox yorduğunu, işıqlara çox baxa bilmədiyini, gözlərinin acıdığını söyləyir. Şue Linin meneceri də var. Və o, bəyaz mələyin çəkilişlərdə çox yorulmasına izn vermir. Şue Linin istəyi isə budur: “kiməsə aşağılayıcı tərzdə ”albinos” deməsinlər, “albinizmli insan” desinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə