NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
14:11 18.04.2021
Relaks
523
NASA-nın əvvəlcə aprelin 11-də həyata keçirməyi nəzərdə tutduğu “Ingenuity” helikopterinin Mars planetində ilk uçuşu indi bazar ertəsi gününə planlaşdırılır.
AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, helikopter-dronun ilk uçuşu ABŞ-ın Şərq sahili vaxtı ilə saat 3:30-da (Bakı vaxtı ilə 11:30) nəzərdə tutulur. Bu barədə məlumat Yerə uçuş başa çatdıqdan bir neçə saat sonra yetişəcək.
Bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq.
Qeyd edək ki, fevralın 18-də “Ingenuity” Marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı helikopterə dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq.
Təxminən 20-30 saniyə davam edəcək ilk uçuş zamanı helikopter Mars planetinin səthindən üç metr hündürlüyə qalxacaq. Sonrakı uçuşlar zamanı hündürlük beş metrə qədər artırılacaq.
“Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı Mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm